YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“The National” da Ermənistanı ifşa etdi...

Şotlandiyanın “The National” xəbər portalı Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatdan yazıb.

Məqalədə Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 12-si gecə saatlarından başlayaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutduğu, 70-dən çox Azərbaycanın əsgər və zabitinin şəhid olduğu və hərbi infrastruktura ziyan dəydiyi qeyd edilib.

Yazıda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına 2020-ci ildə 44 günlük müharibə nəticəsində son qoyulduğu qeyd olunub.

Diqqətə çatdırılıb ki, baş verən hadisələrlə bağlı ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb.

Məqalənin sonunda Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alarkən həlak olan hərbçilərin ailələrinə və yaxınlarına başsağlığı verdiyi də qeyd olunub.