YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavabı xalq verir...

Təhmasib Rüstəmov

Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri

Azərbaycan bu gün bölgənin ən inkişaf etmiş, qüdrətli dövlətinə çevrilib. Bütün bunlar Prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə illərdir apardığı uğurlu daxili və xarici siyasətin, gərgin əməyin, qətiyyətli qərarların nəticəsidir. Bu uğurlara dostlar sevinir, düşmənlər isə müxtəlif yollarla bu inkişafın qarşısını almaqla Azərbaycanı parçalamaq və zəiflətməyə çalışırlar.

Bu gün Azərbaycanın düşmənlərinə xidmət edən antimilli qüvvələr, dırnaqarası "vətənsevərlər" onların sifarişlərini yerinə yetirərək, Azərbaycanın uğurlarına kölgə salmaq istəyirlər. Onlar Qərbdəki erməni lobbisi tərəfindən maliyyələşən "dayılarının" sifarişini yerinə yetirirlər. Bu dırnaqarası vətənsevərlər sanki bu vətənin suyu, çörəyi ilə böyüməyiblər.

Onlar Şəhidlərimizin qanı bahasına azad olunan torpaqlara, qələbələrimizə kölgə salmaq istəyir, qələbələrimizi görmək istəmirlər. Şəhidlərimizin ruhları onları bağışlamayacaq. Eyni zamanda xalq bu antimilli ünsürlərin cavabını verəcəkdir və verir...

Bu gün Azərbaycan xalqı öz əvəzolunmaz lideri Prezident İlham Əliyevin, Müzəffər Ordumuzun yanındadır, uğurlarını böyük ruh yüksəkliyi ilə qeyd edərək alqışlayır!

Çox təəssuf ki, bu gün Şəhidlərimiz var. Bu bizlərin hər birinin qəlbini ağrıdır, acıdır, ancaq "Torpaq uğrunda ölən varsa Vətəndir" deyimi ulu babalar tərəfindən boş yerə deyilməyib.

Bu gün Vətənin sərhədlərinin keşiyində duran Azərbaycanın igid, mərd, vətənpərvər oğulları sizlərdən fərqli olaraq Vətəni üçün ölümə gedərək, Şəhid olurlar!

Şəhidlər tariximizin unudulmaz şərəfli səhifəsi, qan yaddaşımız, zəfər səlnaməmiz, qürur mənbəyimizdir!