YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı ağı-qaradan seçən xalqdır

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Müxalifətin hakimiyyət iddialarını reallaşdırmaq üçün qanuni resurslarının çatışmazlığı və iddialarının həyata keçirilməsi naminə istənilən üsul və vasitədən faydalanmağa hazır olması onu siyasi prosesin təhlükəli və eyni zamanda arzuolunmaz iştirakçısı olmağa sürükləyir. Mahiyyət etibarilə mühacir müxalifət və məlum beşinci kolon hadisələri bir medalın iki üzüdür: hər ikisi ölkədaxili siyasi proseslərdə xarici maraqların təmsilçisi rolunu oynayır. Xalqdan ayrı düşmüş və bu gün xaricdən maliyyələşən radikal müxalifət ünsürləri olan Altay Göyüşov, Məhəmməd Mirzəli və bunlar kimi vətənə xain çıxan ünsürlər bu gündə Azərbaycan xaqlının mənafeyinə zidd olan fikirlər səsləndirməklə düşmən dəyirmanına su tökürlər. Azərbaycan Ordusunun Zəfərinə hörmətlə yanaşmaq əvəzinə iftira, böhtan atmaqla Rəşadətli Ordumuzun qələbəsini kölgə altına salmağa, Azərbaycan əsgərinin, Müzəffər Ali Baş Komandanın qələbəsini heçə endirməyə çalışırlar. Həyatlarında bir dəfə də olsun müqəddəs şəhid dəfnində iştirak etməyən, şəhid ailələrinin və qazilərin problemləri ilə maraqlanmayan müxalifət nümayəndələri  sosil şəbəkələrdəki açıqlamaları ilə özlərini  ifşa etmiş olurlar. Adını müxalifət qoyan yuxarıda adlarını çəkdiyimiz ünsürlər  Azərbaycanının milli mənəvi dəyərlərinə  hörmətsizlik nümayiş etdirirlər. Onlar başa düşməlidir ki, şəhid ailəsi, qazi, müharibə veteranları sosial şəbəkə aləti deyil.

Yeri gəldi-gəlmədi  xalq,  vətən deyərək bağıran  Əli Kərimlilər  “bizə müharibə lazım deyil”, “Azərbaycan geri çəkilsin” şüarları səsləndirməklə bir daha xəstə təxəyyülə malik olduqlarını sübut edən vətən xainləridir.

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimiz, əzalarının bir hissəsini itirmiş qazilərimiz haqqında xoşagəlməz fikirləri səsləndirməsi onların hansı siyasi məqsəd güddüklərini  nümayiş etdirir. Bu cür vətən xainlərinə aramızda yer yoxdur, onlar birmənalı olaraq ciddi cəzalandırılmalıdır. Fakt odur ki, uzaqgörən Azərbaycan xalqı bu cür antimilli ünsürləri yaxşı tanıyır, onların cavablarını layiqincə verir.

Müdrik Azərbaycan xalqı  liderinin ətrafında sıx birləşməklə ölkəmizin  inkişafında  yaxından iştirak edir, onun siyasətini dəstəkləyir.