YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astarada şəhid Qurbanzadə Cəmil Anar oğlu anılıb

Astara rayonunda YAP İdarə heyətinin üzvü, Milli Məclisinin deputatı Rəşad Mahmudov, Yeni Azərbaycan Partiyası Astara Rayon təşkilatının sədri Həbib Cəfərov, YAP fəalları və rayon ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Respublikasının Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman qəhrəmancasına şəhid olmuş, rayon sakini Qurbanzadə Cəmil Anar oğlunun məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

Mərasim iştirakçıları şəhidin ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı veriblər, onların qayğıları ilə maraqlanıblar. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.