YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq-dövlət birliyi faktoru xainlərin nəfəslərini kəsir!

Muxtar Nağıyev

YAP Səbail rayon təşkilatının sədri

Söz yox ki, bütün bunlar bir daha xaricdə Azərbaycanın haqq işinə, milli dövlətçilik maraqlarına qarşı formalaşmış xəyanətkar dəstənin mövcudluğundan xəbər verir və gec, ya da tez onların hər biri hüquq, qanun qarşısında cavab verməli olacaqlar!

Radikal müxalifət yenə də öz bulanıq və xainlik havasındadır. Əslində biz bu kimi xəyanətkar ünsürlərin dırnaqarası siyasətlərinə çoxdan bələdik və hər dəfə də onlar rüsvay və rəzil olaraq son anda öz qınlarına çəkilirlər. Lakin fakt budur ki, Qərb ölkələrində fəaliyyət göstərən erməni lobbisindəki ağalarından sifariş alan kimi dərhal ortalığa çıxır, dövlətin maraqlarına qarşı iyrənc fəaliyyətlərə başlayırlar. Biz bunu növbəti dəfə - sentyabrın 12-də və 13-də mənfur erməni təxribatının qarşısının alınmasından sonra da müşahidə etdik. Gah müqəddəs şəhidlik adını özlərinə alət edən xainlər yığnağı guya onların və ata-analarının halına yanmışlar kimi görünməyə cəhd etməklə suyu bulandırmağa cəhdlər göstərir, gah da siyasi həyasızlıq sindromunun ən yüksək həddinə mübtəla olmaqla ermənidən betər erməniləşirlər.

Satqınların bədniyyət əməlləri Azərbaycan xalqının hiddətinə səbəb olub

Beləliklə, özünə real müxalifət deyən, əslində isə çoxdan tarixin zibilliyinə atılmış radikal, dağıdıcı antimilli ünsürlər, anti-Azərbaycan qüvvələrin nökərləri olan AXCP sədri Əli Kərimlinin, Müsavat başqanı Arif Hacılının, ABŞ-da şübhəli dairələrlə oturub-duran Qubad İbadoğlunun, intiriqabazlıqda və pul-paraya hərislikdə ad çıxarmış Gültəkin Hacıbəylinin, öz torpağına qarşı dil uzadan Altay Göyüşovun, eləcə də marginallar - Qənimət Zahidin, Sevinc Osmanqızının və başqalarının son proseslərdə yuyulmamış qaşıq kimi ortalığa çıxmaları Azərbaycan xalqının hiddətinə səbəb olub.

Lakin daha bir fakkt da budur ki, onlar 44 günlük Vətən müharibəsi dönəmində, ondan əvvəlki zamanlarda da öz xislətlərindən əl çəkməyiblər. Yəni bizlər həmin əməllər bu günlərdə Müzəffər Azərbaycan Ordusunun yüksək peşəkarlıqla və misilsiz qəhrəmanlıqla həyata keçirdiyi parlaq qələbə hərbi əməliyyatından sonra da müşahidə etməyə başladıq.

Hətta həyasızlıqlara qapılaraq, utanıb-qızarmadan Azərbaycanı dövlətini “təcavüzdə” ittiham etməklə öz daxillərindəki çirkablarını aşkarlıqla ortaya qoydular

Hiddət və nifrət yaradan faktorlardan biri də budur ki, yuxarıda adları çəkilən riyakar və rəzil radikal müxalifət ünsürləri əgər əvvəllər özlərinin antimilli əməllərini nisbətən, necə deyərlər, dolayısı yollarla davam etdirirdilərsə, artıq bu dəfə açıq şəkildə ermənilərə və onların ağalarına nökərçilik göstərirlər. Hətta həyasızlıqlara qapılaraq, utanıb-qızarmadan Azərbaycanı dövlətini “təcavüzdə” ittiham etməklə öz daxillərindəki çirkablarını aşkarlıqla ortaya qoydular. Təsəvvür edin ki, hər fürsətdə özlərini gah “millətçi”, gah “demokrat”, gah da “vətənpərvər mübarizlər” adlandıran həmin antimilli ünsürlər açıq şəkildə iddia edirlər ki, guya Azərbaycan Ermənistanın suveren ərazilərinə hərbi təcavüz edib (???!!!) Həmin fərdlərin bu əməllərini təhlil edərkən istər-istəməz belə bir sual yaranır: onlar həqiqətənmi azərbaycanlı qanı daşıyırlar?! Bunlara xəyanətkar deyil, bəs başqa hansı adı vermək olar?!

Gec, ya da tez onların hər biri hüquq, qanun qarşısında cavab verməli olacaqlar!

Zaman-zaman gah sosial şəbəkə klaviarurası arxasından, gah da icazəsiz aksiyalara yolladığı beyinləri zəhərlənmiş kütlə tərəfindən xalqın hakimiyyətinə qarşı dil uzadan AXCP sədri Əli Kərimli açıq-aşkar iddia edir ki, o Ermənistanın işğalçılıq, təcavüzkar siyasətini dəstəkləyir, hətta Paşinyana, habelə ondan əvvəlki erməni iqtidarlarına olan rəğbətini də gizlətmir!

Məhz bu absurd düşüncələri ilə sağlam ictimai rəyə müdaxilə edərək ortaya kirli, zəhərli ab-hava qatmağa çalışan Əli Kərimli isə söz yox ki, tək deyil. Onun kimi daha bir müxalifət partiyasının “lideri” var – Müsavat partiyasının başqanı Arif Hacılı. Beləliklə, müsavatçı başqanın da sözlərinə diqqət yetirək və nəticə hasil edək. Bu siyasi möhtəkir sual edir ki, “Azərbaycana strateji yüksəkliklər nə üçün lazımdır?”. Bax, budur sizlərin daxilindəki “siyasi səviyyə”. Məhz sizlər dövləti belə idarə etdiyiniz üçün 1992-1993-cü illərdə Azərbaycana bu gün də ağrısını çəkdiyimiz problemləri iz olaraq qoymusunuz. Bu cür fikrləri yalnız mənsub olduğu xalqa, vətəndaşı olduğu ölkəyə nifrət edən ünsürlər səsləndirə bilərlər və əslində hazırda onların əməllərinin təhlillərini apararkən heç də təəccüb etməyə dəyməz. Onlardan belə əməlləri hər zaman gözləmək olar.

Və bütün bunlar azmış kimi, canlarını Vətən yolunda qurban vermiş şəhidlərə, onların ailələrinə, qazilərə, Vətən müharibəsi veteranlarına belə təhiqrlər yağdırır, ucuz hərəkətləri ilə nə qədər siyasi murdar olduqlarını isbatlayırlar!

Bu gün Altay Göyüşov kimi əxlaqsız ünsür dəhliz və tarixi torpaqlarımız uğrunda uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhlarını təhqir edir, xarici kəşfiyyatların oyuncağına çevrilmiş Sevinc Osmanqızı canlı efirdə azərbaycanlıları “xuliqan-bandit” adlandırır, “o yüksəkliklər nəyimizə lazımdır” deyir, Əli Kərimlinin isə trolları sosial şəbəkələrdə kirli ağızlarına gələnləri yazırlar. Avropa ölkələrində erməni puluna satılan Tural Sadıqlı və Məhəmməd Mirzəli isə Azərbaycana sanksiyaların tətbiq edilməsini tələb edirlər. Söz yox ki, bütün bunlar bir daha xaricdə Azərbaycanın haqq işinə, milli dövlətçilik maraqlarına qarşı formalaşmış xəyanətkar dəstənin mövcudluğundan xəbər verir və gec, ya da tez onların hər biri hüquq, qanun qarşısında cavab verməli olacaqlar!

Və bütün bunlar azmış kimi, canlarını Vətən yolunda qurban vermiş şəhidlərə, onların ailələrinə, qazilərə, Vətən müharibəsi veteranlarına belə təhiqrlər yağdırır, ucuz hərəkətləri ilə nə qədər siyasi murdar olduqlarını isbatlayırlar. Azərbaycan xalqı isə hər zaman ağı-qaradan seçməyi bacarıb və bütün bunlara rəğmən öz dövlətinin, Müzəffər Ali Baş Konandanının, qalib Prezidentinin ətrafında sıx birləşib. Bu reallıq isə həmin mənfur sapı özümüzdən olan baltaların nəfəslərini kəsir, bundan sonra da kəsməyə davam edəcək!