YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin doğum günü qeyd olunub

Vətən müharibəsi şəhidi Qəribov Pəhli Xaləddin oğlunun 29-cu doğum günü Kürdəmirdə uyuduğu Şəhidlər xiyabanında qeyd edilib.

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudov, şəhid ailələri, din xadimləri, ziyalılar, ağsaqqallar, ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edərək, üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Pəhli Qəribov ilə eyni məzarlıqda uyuyan digər Vətən müharibəsi şəhidlərinin də  məzarları ziyarət olunub.

Tədbirdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb, Pəhli və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını, 44 gündə düşmənin diz çökdürüldüyünü vurğulayıb.  

Mərasimdə Şəhid Pəhli Qəribovun şərəfli həyat və döyüş yolundan, doğma Vətən, torpaq naminə göstərdiyi fədakarlıqlardan bəhs olunub.

Tədbir iştirakçıları şəhidin ailə üzvləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıblar.

Qeyd edək ki, Pəhli Qəribov 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi uğrunda gedən şiddətli döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına gorə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.