YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada şəhidin xatirəsi anılıb

Quba rayonu Alpan kəndində Vətən müharibəsi şəhidi Balayev Orxan Vidadi oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşkilat əməkdaşları şəhidin ailəsini ziyarət ediblər.

Görüşdə Orxan Balayevin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Fidan Hüseynova dövlətin şəhid ailələrinə və qazilərə həssas münasibətindan söz açaraq qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim müvafiq kateqoriyadan olan ailələrə doğma münasibət bəsləyir, onları narahat edən problemlərin həlli ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirir.  

Qeyd edək ki, Vətən müharibəsi başlayan gündən Orxan tank komandiri kimi fasiləsiz olaraq döyüş əməliyyatlarında iştirak edib. 2020-ci il oktyabrın 8-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Orxan Balayev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunması görə” medalları ilə təltif edilib.