YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Çingiz Babayevin xatirəsi anılıb

Lerik rayonunun Mistan kəndində Vətən müharibəsi şəhidi Babayev Çingiz Sulduz oğlunun doğum günündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının əməkdaşı Elman Rəcəbov, Lerik Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Şəhid Ailələri və Qarabağ Əlilləri Cəmiyyəti Lerik Rayon Təşkilatının sədri Veysəl Məlikov, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin nümayəndəsi Kamran Əliyev, YAŞAT Fondunun Lerik rayonu üzrə nümayəndəsi Əlizamin Rzayev, ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, şəhid Çingiz Babayev 21 sentyabr 2001-ci ildə Lerik rayonunun Mistan kəndində anadan olub. O, Vətən müharibəsi zamanı Ağdərə, Tərtər və Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıqlar göstərib, 2020-ci il oktyabrın 10-da qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, şəhid Çingiz Babayev ölümündən sonra “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.