YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid İntiqam Abbasovun xatirəsi anılıb

Masallı rayonu Köçəkli kəndində Vətən müharibəsi şəhidi baş gizir Abbasov İntiqam Yavər oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi partiya təşkilat sədrləri, şəhid ailələri, qazilər, din xadimləri, ziyalılar, ağsaqqallar və partiya fəalları şəhidin məzarını ziyarət edərək, xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.