YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Vətən müharibəsinin ikinci ildönümü: Tarixi qələbə və yeni zəfərlər”

Vətən müharibəsinin ikinci ildönümünü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı birgə “Vətən müharibəsinin ikinci ildönümü: Tarixi qələbə və yeni zəfərlər” adlı konfrans keçirib.

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsinin 44 gününün hər biri dastan olan bu tarixi yazmış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 44 günlük Vətən müharibəsində canını fəda etmiş Nizami rayonunun şəhidlərinin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransda çıxış edən şəhid mayor Xəyal Məmmədovun həyat yoldaşı Röyalə Məmmədova, Vətən müharibəsinin qazisi, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilən Teymur Kərimli, Nizami RİH başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Könül Nurullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları qeyd ediblər ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsi şanlı Zəfərlə başa çatdı, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı işğaldan azad etdi. Xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyuldu, insanlarımız doğma Qarabağımıza qovuşdu. Dəmir yumruqla beli qırılan, başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu, ərazi bütövlüyümüz təmin edildi. Beləliklə də üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı. Bu gün Azərbaycan xalqı tarixi qələbənin əldə olunmasında qəhrəmanlıqları, misilsiz xidmətləri ilə yaddaşlara həkk olunmuş şəhidlərimizi, qazilərimizi, veteranlarımızı bir daha ehtiramla yad edir.

Çıxışlardan sonra şəhid ailələrinin üzvlərinə, qazilərə, müharibə veteranlarına təşəkkürnamələr, xatirə hədiyyələri təqdim edilib.