YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Qvatemaladan olan həmkarımla məhsuldar müzakirələr apardıq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qvatemalanın xarici işlər naziri Mario Bucaro ilə görüşüb.

Bu barədə nazir Ceyhun Bayramov rəsmi tviter hesabında yazıb.

"Qvatemalanın xarici işlər naziri Mario Bucaro ilə çox məhsuldar müzakirələr apardıq. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində irəli sürdüyü təşəbbüslərin Qvatemala tərəfindən güclü və ardıcıl dəstəkləndiyinə görə həmkarıma təşəkkür etdim", - deyə nazir qeyd edib.