YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid ailəsi ziyarət olunub

Masallı rayonu Ərkivan qəsəbəsində Vətən müharibəsi şəhidi Seyfullayev Sənan Mətləb oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Abbas Mikayılov, partiya fəalları, ərazi partiya təşkilat sədrləri, şəhid ailələri, qazilər, din xadimləri, ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Sonra şəhidin ailəsi ziyarət olunub, onların qayğı və problemləri dinlənilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.