YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anım Günü ilə bağlı Budapeşt şəhərində tədbir təşkil olunub

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin heyəti tərəfindən bir dəqiqəlik sükutla yad edilib.

Macarıstanda yaşayan və təhsil alan azərbaycanlı gənclərin iştirakı ilə 27 Sentyabr - Anım Günü ilə əlaqədar səfirlikdə yaradılmış guşə önündə tədbir təşkil olunub.

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Zəfərimizin əhəmiyyətindən və əldə edilmiş Qələbənin diplomatik yolla möhkəmləndirilməsinin vacibliyindən söz açıb. Ermənistanın son həftələrdə Azərbaycanla sərhəddə törətdiyi təxribatları, eləcə də dünyanın müxtəlif dövlətlərində radikal erməni qrupları tərəfindən diplomatik nümayəndəliklərimizə yönəlmiş hücumları nəzərə alaraq, bütün cəbhələrdə buna hazırlıqlı olmağımızın vacibliyi vurğulanıb. Diplomatlarımızın öz cəbhələrində haqlı mübarizəmizə töhfə verdiyi və aparılan fəaliyyətin Müzəffər Ali Baş Komandan tərəfindən həyata keçirilən kampaniyanın tərkib hissəsi olduğu diqqətə çatdırılıb.