YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

27 Sentyabr Anım Günü

Təhmasib Rüstəmov

YAP Qubadlı rayon təşkilatının sədri

Ermənistan Respublikası Silahlı Quvvələrinin ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə, rəşadətli ordumuz əks-həmlə hücumuna keçmiş və nəticədə Vətən müharibəsi başlamışdır.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız - bütövlükdə xalqımız əzm və iradə göstərərək, ,,Dəmir Yumruq"  kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmiş, Ermənistanın Ordusunu darmadağın edərək 44 gün ərzində torpaqlarımızı erməni işgalından qəhrəmancasına azad etmiş və nəhayət illərdir qələbə müjdəsini gözləyən xalqımıza Zəfər bayramını bəxş etmişdir!

 Müzəffər Azərbaycan ordusunun "Zəfər Yürüşü"nə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3000 yaxın hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı, şücayyəti bahasına azad olmuş və dogma torpaqlarımızda Azərbaycan bayragı ucaldılmışdır!

Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il  tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Xalqımız üçün unudulmaz və tarixi gün olan bu əziz gündə bir daha  dövlətimizin suverenliyi və ərazi bütovlüyünün bərpası uğrunda öz  canlarından  keçən bütün Şəhidlərimizi qürurla anaraq onlara Allahdan rəhmət diləyir, qazilərimizə şəfa, müzəffər Ali Baş Komandan başda olmaqla rəşadətli ordumuza güc qüvvət arzulayırıq!

Şəhidlər tariximizin unudulmaz şərəfli səhifəsi, qan yaddaşımız, zəfər səlnaməmiz, qürur mənbəyimizdir!

Böyük iftixar hissi ilə anırıq!