Xəbərlər
Şəhidlərin xatirəsi Cəlilabad rayonunda da anılıb
Cəlilabad rayonunda 27 Sentyabr-Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.
Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının rəhbərliyi və partiya fəalları rayonun Şəhidlər xiyabanını və şəhidlərin xatirəsinə inşa edilmiş abidə kompleksini ziyarət edib, abidənin önünə gül dəstələri düzüb, Vətən müharibəsində canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.
Ziyarət zamanı bildirilib ki, şəhidlərin əziz xatirəsi qəlblərdə daim yaşayacaq.