YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada şəhidin məzarı ziyarət olunub

Ağstafada Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən Cəlilov Xaləddin Asəf oğlunun şəhadətinin ildönümü münasibətilə məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının əməkdaşları, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Vəkilov, RİH yanında İctimai Şuranın sədr müavini Teymur Əliyev, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev, şəhid ailələri, qazilər, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri rayonun Yenigün kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidləri Quliyev Rusif Asim oğlunun və Cəfərov İbrahim Şamil oğlunun da məzarları ziyarət olunub, ruhlarına dualar oxunub

Daha sonra tədbir iştirakçıları şəhid Xaləddin Cəlilovun ailə üzvlərini ziyarət edərək, onlara dərin hüznlə başsağlığı verib, ailənin qayğıları ilə maraqlanıblar.

Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidin ailə üzvləri dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Xaləddin Cəlilov 2020-ci il sentyabr ayının 30-da Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv