YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bir qrup idman mütəxəssisinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə bir qrup idman mütəxəssisinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan cüdosunun inkişafında xidmətləri olan iki nəfərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib.

Prezidentin digər Sərəncamı ilə iki nəfər “Şöhrət” ordeni, bir nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib.