YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Erməni vandalizminin bariz nümunəsi

Yaponiyanın “ajmedia.jp” portalı erməni hərbçilərinin azərbaycanlıları kütləvi şəkildə basdırdıqları daha bir məzarlığın tapılması barədə məlumatlar yayıb.

AZƏRTAC-a istinadla yapon və ingilis dilində yayılan məlumatlarda erməni hərbçilərinin Birinci Qarabağ müharibəsində Xocavəndin Edilli kəndində azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək basdırdıqları daha bir məzarlığın tapıldığı qeyd edilib. Məzarlıqda 12 nəfərin qalıqlarının üzə çıxarıldığı bildirilib.

Məlumatlarda əşyalarla birlikdə aşkarlanan skeletlərin əllərinin və ayaqlarının məftil və kəndirlə bağlandığı vurğulanıb. Müvafiq qurumların nümayəndələrinin və KİV təmsilçilərinin kütləvi məzarlığa baxış keçirdiyi qeyd edilib.

Bildirilib ki, bu, Edilli kəndində ermənilərin azərbaycanlıları vəhşicəsinə öldürərək kütləvi şəkildə basdırdıqları növbəti məzarlıqdır. Cari ilin fevralında əraziyə səfər edən Fransa, Niderland, Çexiya, ABŞ, Ukrayna, Moldova, Türkiyə, Şimali Kipr, Malayziya, Yaponiya, Misir, Əlcəzairdən olan jurnalistlər həmin kənddə tapılan birinci məzarlıqda erməni vandalizmini lentə alıblar.

DİGƏR Xəbərlər Arxiv