YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncənin şəhid müəllimlərinin məzarları ziyarət olunub

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Milli Məclisin deputatları Pərvin Kərimzadə və Müşfiq Cəfərov, partiya fəalları 5 oktyabr - Beynəlxalq Müəllimlər Günündə ölkəmizin ərazi bütövlüyü uğrunda öz canından keçən Gəncənin şəhid müəllimləri Rəşad Məmmədov və Rabil İsmayılovun məzarlarını ziyarət ediblər.

Tədbir iştirakçıları şəhidlərin məzarları önünə gül-çiçək dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Zəfərdən, qəhrəmanlıqları ilə adını tarixə həkk etdirən şəhidlərin döyüş şücaətlərindən, qısa, lakin mənalı, şərəfli həyat yollarından danışıblar. Bildirilib ki, şagirdlərinin sevimli müəllimləri olan Rəşad Məmmədov və Rabil İsmayılov fədakarlıqları ilə gələcək nəslə qəhrəmanlıq dərsi keçiblər. Şəhidlik zirvəsinə yüksələn müəllimlərimizin əziz xatirəsi yaddaşlardan heç vaxt silinməyəcək.

Qeyd edək ki, Rabil İsmayılov Gəncə şəhəri Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin, Rəşad İsmayılov isə Gəncə şəhəri M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin müəllimləri olublar.