YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada şəhidin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası Quba (YAP) rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilat əməkdaşları Vətən müharibəsi şəhidi Əliyev Tamerlan İqrar oğlunun şəhadətinin ikinci ildönümü ilə əlaqədar məzarını ziyarət ediblər.

Şəhidin məzarı önünə tər güllər düzülüb, ruhuna dualar oxunub.

Sonra təşkilat nümayəndələri şəhidin ailəsinə baş çəkib, onlara dərin hüznlə başsağlığı veriblər. Şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Şəhidlərimizin əziz xatirəsinin əbədi olaraq xalqımızın qəlbində yaşayacağını vurğulayan təşkilat sədri Fidan Hüseynova şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb.