YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Petr Fiala: Avropa ümidlərini Azərbaycana bağlayır

Avropa Rusiya neftindən asılılığı azaltmaq cəhdlərində ümidlərini Norveç və Azərbaycana bağlayır.

Bunu Çex Respublikasının Baş naziri Petr Fiala “Aİ-27” qeyri-formal sammitinin və “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

Baş nazir, həmçinin Avropa ölkələrinin Rusiyadan enerji daşıyıcılarının təchizatından asılılığının azalmasına dair addım atdıqlarına görə Norveç və Azərbaycanı Avropanın güvəndiyi ölkələr olduğunu vurğulayıb.

Anadolu Agentliyinin xəbərinə görə, analoji bəyanatla Praqada Fransa Prezidenti Emmanuel Makron da çıxış edib. Onun sözlərinə görə, Azərbaycan və Norveç Avropada enerji mənbələrinin diversifikasiyası və onun Avropa dəyərlərinə uyğun olmayan xarici dövlətlərdən asılılığını azaltmaq üçün mühüm rol oynayır.