YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moldovanın Baş naziri Azərbaycana rəsmi səfər edəcək

Oktyabrın 10-11-də Moldovanın Baş naziri Natalya Qavrilitsa Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə Moldovanın Nazirlər Kabinetindən məlumat verilib.

Natalya Qavrilitsa Azərbaycanda bir sıra rəsmi görüşlərdə iştirak edəcək, həmçinin iki ölkənin iş adamlarının iştirakı ilə keçiriləcək Sahibkarlar Forumuna qatılacaq.

Görüşlərdə əsas müzakirə mövzuları investisiya, enerji sahəsində əməkdaşlığın gücləndirilməsi, Azərbaycandan təbii qazın idxalı imkanları olacaq.

Qeyd edək ki, hazırda Moldova ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 50-yə yaxın müqavilə mövcuddur.