YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətənin qəhrəman övladları ehtiramla xatırlanır

Mingəçevirdə Vətən müharibəsi şəhidləri Hüseynov Əzəmi Əli oğlunun, Məmmədov Rüstəm İbrahim oğlunun, Rzayev Tərlan Pərviz oğlunun və vəfat edən qazi gizir Abışov Elvin Fizuli oğlunun xatirələri anılıb.

Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Aydın Mirzəzadə, YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini, qazi Pərviz Məmmədov Vətən qəhrəmanlarının ailələri ilə görüşərək, onlara dərin hüznlə başsağlığı veriblər.

Görüşlərdə 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən söz açılıb.