YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda gənclərlə görüş keçirilib

Oktyabrın 11-də Qazaxda Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışması, mini-futbol, sərbəst güləş, yunan –roma güləşi və şahmat üzrə Respublika turnirlərində iştirak edəcək komandaların üzvlərinin iştirakı ilə tədbir keçirildi.

YAP Qazax rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə ilk öncə müstəqil Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasının yaradıcısı və qurucusu Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün təmin olunmasında canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev tədbirin əhəmiyyəti, məqsədi və məramı barədə ətraflı danışdı, gənclərə müvafiq tapşırıq və tövsiyyələrini verdi, komanda üzvlərinə uğurlar arzuladı.

Tədbirdə iştirak edən gənclər məsuliyyətlərini yaxşı başa düşdüklərini bildirdilər və yarışlarda rayon təşkilatını layiqincə təmsil edəcəklərinə söz verdilər.