YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətəni bütöv edən şəhidlər

Masallı rayonunun Xoşçobanlı kəndində şəhid Mustafayev Musa Əlövsət oğlunun, Birinci Yeddioymaq kəndində isə şəhid baş leytenant Quluzadə Əlimərdan Fəttah oğlunun anım mərasimləri keçirilib.

Mərasimlərdə Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ərazi partiya təşkilat sədrləri, şəhid ailələri, qazilər, din xadimləri, ziyalılar, ağsaqqallar, partiya fəalları və kənd sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları Xoşçobanlı kəndində şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksini ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğulların xatirəsini bir dəqiqəlik sükutla yad edib, abidənin önünə gül dəstələri düzüblər.

Tədbir çərçivəsində Vətən müharibəsi şəhidləri Musa Mustafayevin və baş leytenant Əlimərdan Quluzadənin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Şəhid ailələrinin qayğı və problemləri dilənilib.