YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatı görüş keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının “S.Vurğun küç. 83” ünvanı üzrə ərazi partiya təşkilatında görüş keçirilib.

Görüşdə YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov, ərazi partiya təşkilatının sədri Ziyəddin Allahverdiyev və digər məsul şəxslər iştirak ediblər.

YAP Nəsimi rayon təşkilatının sədri Abbas Pənahov bildirib ki, bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi qüvvəsinə çevrilərək uğurlu fəaliyyət göstərir və onun 800 minə yaxın üzvü var. Əminliklə demək olar ki, yaradıcısı Ulu Öndər olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək. 

Ərazi partiya təşkilatının sədri Ziyəddin Allahverdiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatındakı fəaliyyəti ilə yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiya olduğunu sübut edib.

Partiya fəalı Könül Qidayeva ərazi partiya təşkilatının cari məsələləri ilə bağlı çıxış edib.

DİGƏR Xəbərlər Arxiv