YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan uğurlara imza atır

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycan son illərdə həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasət nəticəsində dünyanın aparıcı və nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan regionda balanslaşdırılmış siyasət aparmaqla Avropanın siyasi həyatında da mövqeyi olan ölkələr sırasındadır. Cari ilin 6 oktyabr tarixində Partiyamızın Sədri, Prezident İlham Əliyevin  Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etməsi, qeyd olunanların əyani göstəricisidir. Bildiyimiz kimi Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində öz haqq savaşını böyük Zəfərlə başa vurmuşdur. Uzun müddətdir işğalda olan torpaqlarımız qəhrəman əsgərlərimizin canı-qanı bahasına düşməndən geri alındı. Ali Baş Komandanımız, dövlətimizin başçısı İlham Əliyevin peşəkar diplomatiyası sayəsində Ağdam, Kəlbəcər və Laçın rayonları hərbi münaqişə baş vermədən düşməndən azad olundu. Bir neçə gün öncə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə Praqa şəhərində keçirdiyi görüşdən məlum oldu ki, artıq Ermənistan tərəfi dalana sıxıldığını, kapituliyasıyaya məruz qaldığını yaxşı anlayır və ölkəmizin irəli sürdüyü 5 prinsipi qəbul etməkdən başqa çıxış yolu qalmayıb. Çexiyanın paytaxtı Praqa şəhərində keçirlən görüş Azərbaycanın növbəti böyük diplomatik qələbəsidir. Ona görə ki, hər zaman xarici havadarlarına güvənən və konstruktiv mövqeyi olmayan Ermənistan özünün ən yaxın müttəfiqi hesab etdiyi Fransa Prezidenti Emanul Makronun və Avropa Şurası İttifaqının Prezidenti Şarl Mişelin birgə iştirakı ilə keçirilmiş görüşdə acı məğlubiyyətini dərk edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdı. Almatı Bəyannaməsinə əsaslanan dövlət ərazilərinin bütövlüyünün tanınması beynəlxalq hüquq normalarına uyğundur. Azərbaycan bu gün neft-qaz resurslarından istifadənin düzgün strategiyasını müəyyənləşdirməklə, beynəlxalq aləmin daim artan enerji ehtiyacı ilə ölkənin milli maraqlarını uzlaşdırmış və bu əsasda etibarlı tərəfdaş imici qazanmış, milli iqtisadi və maliyyə dividendlərini gücləndirməklə özünün beynəlxalq dəyərini artırmışdır.

Azərbaycanda gedən inkişaf və demokratik cəmiyyət quruculuğu yüksək səviyyədədir.  Məlumdur ki, Azərbaycan mühüm strateji mövqedə yerləşir. Ölkəmizin böyük təbii ehtiyatları var. Bu isə xalqımızın rifah haIının yüksəlməsinə xidmət edir. Azərbaycanda muxtəlif dinlərə mənsub olan insanlar vahid bir ailə kimi, harmoniya şəraitində yaşayırlar. Bu, bizim dəyərimizdir və xalqımızın gündəlik həyatıdır. Bütün problemlərə, işğala baxmayaraq, Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya bilmiş, 2020-ci ildə isə öz ərazi bütövlüyünü haqq savaşı ilə təmin etmiş, gələcək üçün siyasi və iqtisadi inkişafın möhkəm özülünü yaratmışdır. Biz həqiqətən də fəxr edirik ki, Azərbaycan kimi firavan və sabit bir ölkənin vətəndaşlarıyıq və bu coğrafiyada yaşayırıq.

DİGƏR Xəbərlər Arxiv