YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: Azərbaycan-Qırğızıstan əməkdaşlığının əlamətdar məqamları münasibətlərin qardaş xarakterini ifadə edir

Mən Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinə hörmətə görə Sizə xüsusi təşəkkür bildirmək istəyirəm. Bişkekin böyük məktəblərindən birinə onun adı verilib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə keçirilən Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında deyib.

Qırğızıstanda Qırğız-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına məktəbin açılacağını qeyd edən dövlətimizin başçısı bildirib ki, əməkdaşlığımızın bütün bu əlamətdar məqamları Azərbaycan xalqının dərin minnətdarlığına səbəb olur və münasibətlərin qardaş xarakterini ifadə edir.

Azərbaycan Prezidenti ölkələrimizin bundan sonra da səmərəli əməkdaşlıq edəcəyinə əminliyini vurğulayıb.