YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XTQ-nin şəhid kapitanının xatirəsi anılıb

İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Mustafayev Nurlan Hamlet oğlunun şaəhadətinin ikinci ildönümü münasibətilə məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yasamal Rayon Bələdiyyəsinin sədri Tahir Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi polkovnik-leytenant Ramin Şükürov, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nurlan Mustafayev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.