YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid İsmayıl Kərimlinin doğum günü qeyd olunub

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

Şəhid Kərimli İsmayıl Ceyhun oğlunun doğum günü münasibətilə xatirəsi Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, ictimaiyyət nümayəndələrinin iştirakı ilə dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra şəhidin xatirəsinə ehsan süfrəsi təşkil olunub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.