YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölümü ilə ölməzlik qazanan qəhrəman

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya və təşkilat əməkdaşları Vətən müharibəsi şəhidi Ədilov Səid Həsən oğlunun ailəsini ziyarət ediblər.

Görüşdə 44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun şücaətindən, Səid Ədilovun döyüş yolundan bəhs edilib. Məlumat verilib ki, Səid Ədilov sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlayan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak edib və orada şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Daha sonra təşkilat nümayəndələri şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıblar.