YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxıstan Prezidenti: Azərbaycan təkcə öz regionunda deyil, daha geniş coğrafi miqyasda çox böyük rol oynayır

Azərbaycanı müttəfiqimiz, strateji tərəfdaşımız hesab edirik, daim bu xəttə sadiq qalacağıq. Azərbaycan təkcə öz regionunda deyil, həm də daha geniş coğrafi miqyasda çox böyük rol oynayır. Bizim ortaq cəhətlərimiz çoxdur və ən müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmindəyik.

Bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə bildirib.

Zirvə Toplantısının işində iştiraka və yekun nəticələrə nail olunmasına verdiyi müsbət töhfəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Qazaxıstan Prezidenti deyib: “Bu gün gündəlikdə Orta Dəhlizin inkişafı məsələsi durur. Dünən mənim Türkiyə Prezidenti ilə danışıqlarım olub. O da, həmçinin müvafiq qurumların rəhbərlərinin Bakıda keçirilən görüşünə dəfələrlə istinad edib. Təbii ki, onlar bu iş formatının davam etdirilməsinə hədəflənib. Bizim tərəfimizdən, əlbəttə ki, hər hansı bir problem olmayacaq, əksinə, biz də bunda maraqlıyıq”.