YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qanları ilə tarix yazan oğullarımızın xatirəsi əbədi yaşayacaq!

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində qəhramancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri olan Hüseynov Əzizağa Nizami oğlunun anım günü Ağsu rayonu Bozavand kəndində qeyd edilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatının, Ağsu Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şəhidin Bozavand kənd qəbiristanlığında yerləşən məzarını ziyarət edib, önünə gül dəstələri düzərək ruhuna dualar oxudular.

Çıxış edənlər şəhid Əzizağa Hüseynovun keçdiyi şərəfli döyüş və ömür yolundan bəhs ediblər.

Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Əzizağa Hüseynov 1999-cu il fevralın 1-də Ağsu rayonu Bozavand kəndində dünyaya gəlib. 2020-ci il oktyabrın 16-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.