YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Tərtər rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə konfrans keçirib

Oktyabrın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyi münasibətilə partiyanın Tərtər rayon təşkilatı tərəfindən konfrans keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərində  ucaldılmış  abidəsi və “Şəhidlər  abidəsi” ziyarət  olunub.

Tədbir Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin  xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov “Müstəqil Azərbaycan Respublikasının inkişafında Yeni Azərbaycan Partiyasının rolu” mövzusunda  məruzə ilə çıxış edib.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü Asif Əsgərli bildirib ki, YAP Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, dövlətçiliyimizin möhkəmlənməsinə və Azərbaycanın dinamik inkişafına öz töhfələrini verib.

Milli Məclisin deputatı bildirib ki, YAP Azərbaycan dövlətçiliyinin, onun bu gününün və sabahının qarantıdır. Xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf  göz önündədir. 

Tədbirdə, həmçinin Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər rayon Uşaq Musiqi Məktəbinin müəllimi Kərrar Bayramov, rayon R.Səfərov adına Sarıcalı kənd tam orta məktəbinin direktoru Vəsilə Mehtiyeva və Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov Yeni Azərbaycan Partiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da yüksək nailiyyətlərə imza atacağını qeyd ediblər.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə görə bir qrup YAP  fəalına “Təşəkkürnamə” təqdim edilib.

Eyni zamanda,  YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə  üzvlük vəsiqələri təqdim olunub.