YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Qarabağda inşaat işlərində, yol çəkilişində Türkiyə şirkətləri bizimlə bərabər çalışır

İnşaat işlərində, yol çəkilişində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Qısa müddət ərzində böyük işlər gördüyünə görə Türkiyə şirkətlərinə minnətdarıq.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında deyib.

Yolların bir hissəsinin artıq hazır olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Dəmir yolları, eyni zamanda, 33 tunelin inşası nəzərdə tutulub. Onların bir neçəsində fəal iş gedir. Tunellərin ümumu uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü inşa ediləcək, onların bir qismi inşa olunub. Körpülərin uzunluğu 12 kilometrdir. Bu, ancaq birinci mərhələdə görüləcək və görülən işlərdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik”.