YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidenti: Azərbaycanlı qardaşlarımızın azad edilən torpaqlara qayıtmağa başlaması bizi çox sevindirir

Azərbaycanlı qardaşlarımızın azad edilən torpaqlara geri qayıtmağa başlaması da bizi həddindən artıq sevindirir. Böyük Qayıdış prosesi çərçivəsində azərbaycanlı qardaşlarımızın “Ağıllı kənd” konsepsiyası əsasında inşa edilən Ağalı kəndində məskunlaşması ilə Vətən həsrətinin başa çatdığını görürük.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində mətbuata bəyanatında bildirib.

“Ağalı kəndini gördük, oraya bundan sonra kənd deyə bilmərik. Ora artıq müasir bir şəhər kimi inkişaf edir. Onun yanında “Dost Aqropark”ı gördük, orada həm kənd təsərrüfatı, həm də heyvandarlıq sahəsində həqiqətən çox mühüm addım atılıb. Bir il əvvəl təməlqoyma mərasiminə gələndə ora çox fərqli bir ərazi idi. Amma indi bu ərazinin necə dirçəldildiyini gördük. Bu istiqamətdə görülən işlər həqiqətən də Böyük Qayıdış layihəsinin həyata keçirilməsidir”, - deyə Türkiyə Prezidenti vurğulayıb.