YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə “Şuşa İlində Zəfər tariximiz” adlı intellektual yarış keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı Qarabağ Regional Təhsil İdarəsi Bərdə sektoru və rayon Gənclər və İdman İdarəsi ilə birlikdə məktəblilər arasında “Şuşa İlində Zəfər tariximiz” adlı “Nə? Harada? Nə vaxt?” intellektual bilik yarışı keçirib.

Bərdə şəhər 7 nömrəli tam orta məktəbin akt zalında keçirilən yarışda əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Mehparə Mustafayeva çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb.

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Partiyanın yaradılmasının 30 illiyindən və Zəfər tariximizdən danışıb.

Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov məktəblilər üçün bu cür bilik yarışlarının əhəmiyyətini xüsusi vurğulayıb. Qarabağ Regional Təhsil İdarəsi Bərdə sektorunun müdiri Qurban Məmmədov Qarabağın zəngin tarixini bilməyin vacibliyindən danışıb, Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsindən, bununla əlaqədar keçirilən silsilə tədbirlərdən söz açıb.

Gərgin intellektual mübarizə şəraitində keçən yarışda şəhər 8 nömrəli tam orta məktəb komandası birinci, 3 nömrəli tam orta məktəbin komandası ikinci, 5 nömrəli tam orta məktəbin komandası üçüncü yer tutub. Qalib komandalara diplom və qiymətli hədiyyələr təqdim edilib.