YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsimi rayonunda bir qrup şəhid ailəsinə sovqatlar çatdırılıb

Zəfər Günü və Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Nəsimi rayonu ərazisində yaşayan bir qrup Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub, onlara sovqatlar çatdırılıb.

Ziyarətlər zamanı Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru, “Mərdanov Qardaşları 124/129” (“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi) ünvanı üzrə ərazi partiya təşkilatının sədri İlham Bayramov bildiriblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başladılan əks-hücum əməliyyatı nəticəsində 30 illik həsrətimizə son qoyulub, igid oğullarımızın şücaəti sayəsində ərazi bütövlüyümüz təmin olunub. Vətən uğrunda aparılan haqq mübarizəmizdə canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini əziz tutmaq hər birimizin borcudur.

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.