YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mingəçevirdə şəhid ailələri ziyarət olunub

Mingəçevirdə Vətən müharibəsi şəhidləri Mahmudov Etibar Aleksandr oğlunun və Əlibəyli Mikayıl Xalqverdi oğlunun şəhadətə yüksəlmələrinin ikinci ildönümündə ailələri ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin şəhər şöbəsinin sədr müavini, qazi Pərviz Məmmədov şəhid ailələrinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Etibar Mahmudov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü”, Mikayıl Əlibəyli isə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif olunub.