YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Məşhur Məmmədov Masallıda səyyar qəbul keçirib

Milli Məclisin deputatı Məşhur Məmmədov Masallı rayonunda əhalinin problemlərinin öyrənilməsi və yerində həlli məqsədilə səyyar qəbul-görüşləri davam etdirir.

Növbəti görüş rayonun Banbaşı kəndində keçirilib. Əvvəlcə kəndin Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə inşa olunmuş “Şəhidlər” abidə kompleksi, şəhid Akifzadə Elmir Gündüz oğlunun büstü və Banbaşı kənd qəbiristanlığında Vətənin qəhrəman övladlarının məzarları ziyarət olunub. Şəhidlərin xatirəsi ehtiramla anılıb, ruhlarına dualar oxunub.

Daha sonra kənd sakinləri ilə keçirilən səyyar görüş zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll olunub, digər müraciətlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.