YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəydə şəhidin doğum günü məzarı önündə qeyd olunub

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əliyev Bəybala Fazil oğlunun doğum günü Gədəbəy rayonunun Səbətkeçməz kəndində məzarı önündə qeyd olunub.

Mərasimdə Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Gədəbəy Cümə Məscidinin imamı Rövşən Mustafayev və kənd sakinləri iştirak ediblər.

Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üstünə gül dəstələri düzülüb. Mərasimdə çıxış edənlər şəhidin keçdiyi qısa və şərəfli həyat yolundan danışıblar.

Şəhidin atası göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.