YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər hər zaman bizimlədir!

Tərtərdə Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Mehdiyev Yasən Alim oğlunun şəhadətinin ikinci ildönümündə xatirəsi məzarı önündə ehtiramla yad edilib.

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və rayon təşkilatının məsul əməkdaşları, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Pərviz Murtuzayev, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri Sarıcalı kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Çıxışlarda şəhid Yasən Mehdiyevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılıb.

Sonra mərasim iştirakçıları şəhidin yas mərasiminə qatılıb, şəhidin ailəsinin qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Yasən Mehdiyev ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.