YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Firudin Qurbanov: Azərbaycan dövləti hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına təminat verir

«Mədəniyyətlərarası dialoq üzrə forum mədəniyyət vasitəsi ilə dünya ölkələrini bir araya gətirir». Bu fikri təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

F.Qurbanov bildirib ki, ölkəmizdə milli və ümumbəşəri dəyərlərin insan hüquqları və azadlıqlarının, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması dövlət siyasətinin əsas prinsipi kimi müəyyənləşdirilib. Onun sözlərinə görə, Azərbaycan dövləti irqindən, dilindən, dinindən, milliyyətindən asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına təminat verir.

 «Ölkəmizdə tarix boyu etnik və dini azlıqlar sərbəst yaşayıb və heç bir təzyiqə məruz qalmayıb. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkəmizin ümumtəhsil məktəblərində tədris Azərbaycan dili ilə yanaşı, rus və gürcü dillərində də aparılır. Bu da tolerantlığın göstəricisidir»- deyə, nazir müavini qeyd edib.  

DİGƏR Xəbərlər Arxiv