YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsi ehtiramla anılır

Ağstafada Vətən müharibəsi şəhidi Abdullayev Elgün Əmirxan oğlunun şəhadətinin ildönümü münasibətilə xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları, şəhid ailələri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri Qırılı kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan digər şəhidlərimizin - İmaməliyev Elvin Elsevər oğlunun, Əmrahov Emin Əvəz oğlunun, Quliyev Təbriz İlqar oğlunun, Hüseynli Əliheydər Səlahəddin oğlunun və Musayev Rəhman Elxan oğlunun da məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək əziz xatirələri yad edilib.

Daha sonra tədbir iştirakçıları şəhid Elgün Abdullayevin ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıb, dərin hüznlə başsağlığı veriblər. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Elgün Abdullayev 2020-ci il noyabr ayının 9-da Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv