YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçınlı gənclər Ağcabədidə yerləşən Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü münasibətilə YAP Laçın rayon təşkilatının təşəbbüsü ilə bir qrup laçınlı gəncin Ağcabədi rayonunda yerləşən Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub.

Ziyarətçilərə ümummilli lider Heydər Əliyevin ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar çatdırılıb. Qonaqlar muzeydə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdəki fəaliyyəti ilə bağlı yaradılmış fotostendlərlə tanış olublar.