YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İrakli Qaribaşvili Gürcüstanla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi ilə əlaqədar Azərbaycan xalqını təbrik edib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevi, hökuməti və Azərbaycan xalqını Gürcüstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik edib.

Baş nazir bununla əlaqədar özünün tviter səhifəsində paylaşım edib.

Baş nazirin paylaşımında deyilir: “Azərbaycan hökumətini və Azərbaycan xalqını diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edirəm. Biz birlikdə çox şeyə nail olduq. Gürcüstan Azərbaycan ilə sıx dostluq və strateji tərəfdaşlıq münasibəti ilə fəxr edir. Sülh və firavanlıq naminə regional əməkdaşlığın davamını səbirsizliklə gözləyirik!".

DİGƏR Xəbərlər Arxiv