YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astarada Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Noyabrın 18- də 44 günlük Vətən Müharibəsi şəhidlərinin- Astara rayonu Artupa kəndində Səttarov Səxavət Qüdrət oğlu və Kijəbə qəsəbəsində Babazadə Xaqani Anar oğlunun şəhadətlərinin 2- ci ildönümü mərasimi keçirilib.

Mərasimdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Rayon İcra Hakimiyyətinin şöbə müdiri Turan Həsənzadə, YAP ƏPT sədrləri, partiya fəalları, Şəhidlərin yaxınları, rayon ictimaiyyəti iştirak ediblər. Şəhidlərin məzarı ziyarət edilib, ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla anılıb.

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəhid ailələri və qazilərə olan böyük qayğısından danışıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv