YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qusar rayon təşkilatı tədbir keçirib

Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi ilə bağlı YAP Qusar rayon təşkilatı tərəfindən növbəti tədbir Mərkəzləşdirilmiş Kitabxana Sisteminin ərazi ilk partiya təşkilatında keçirildi.

Tədbirdə müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən səhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

MKS ərazi partiya təşkilatlnın sədri Zahir Mustafayev partiyanın 30 illik şərəfli tarixindən, ərazi partiya təşkilatı olaraq üzvlərin dövlətin yürütdüyü siyasi xəttə olan inamından, 44 günlük Vətən müharibəsindən sonra gənclərin partiya sıralarına qəbul olunmaq arzusundan danışdı.

YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi aıtında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artmaqdadır. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə cevrilib.

Sonda partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlərə vəsiqələri təqdim edildi.