YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biləsuvarda şəhidin xatirəsi anılıb

Biləsuvar rayonu Yuxarı Cürəli kəndində Vətən müharibəsi şəhidi Nəcəfli Sadiq Nüsrət oğlunun şəhadətinin ikinci ildönümü qeyd olunub.

Mərasimdə Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli, partiya fəalları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Şəhidimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.