YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər unudulmur!

Gədəbəy rayonunun Xarxar kənd sakini, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Rüstəmov Vüqar Kamil oğlunun şəhadətinin ikinci ildönümündə xatirəsi məzarı önündə ehtiramla yad edilib.

Anım mərasiminə Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev, kənd sakinləri qatılıblar.

Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, məzarı üzərinə tər güllər düzüblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.